Dünya ralli yarışlarının Böyük Britaniya mərhələsi ləğv olunub.
Offsideplus.az xəbər verir ki, ada raundu koronavirus pandemiyasına görə keçirilməyəcək.
Qeyd edək ki, daha öncə Portuqaliya, Keniya, Finlandiya və Yeni Zelandiya mərhələləri ləğv edilmiş, Argentina ilə İtaliyadakı yarış isə təxirə salınmışdı.