Formula-1 yarışlarında mövsümün Avstriyada başlaması gözlənilir.

Offsideplus.az xəbər verir ki, ancaq Qran-Pri baş tutsa belə, azarkeşsiz keçiriləcək.

Məsələ ilə bağlı "Renault" komandasının sürücüsü Daniel Rikkardo açıqlama verib. O, yarışların azarkeşsiz keçirilməsinə razı olduğunu bildirib:

"Vəziyyət düzələn kimi mövsümə başlamaq şansımız olacaq. Bəzi yarışlar azarkeşsiz olsa da, eybi yoxdur. Çünki hazırda yarışmaq istəyirəm. Azarkeşlərlə yarışmaq çox gözəldir. Ancaq onlarsız yarışa biliriksə, bu fürsəti əldən vermək istəmirəm. Yarışmağa hazıram”.