“Ferrari”nin pilotu Şarl Lekler özünün “Twitter” hesabında maraqlı post yerləşdirib. O, Azərbaycan Qran-Prisinin virtual yürüşünü keçirərək divara çırpılıb.
Offsideplus.az xəbər verir ki, Leklerin məhz 2019-cu il Azərbaycan Qran-Prisi zamanı təsnifat oyunlarında bolidi vurduğu həmin döngədə hadisəni yenidən təkrarlaması nəticəsində həqiqətən məzəli vəziyyət yaranıb.
“Hətta virtual oyunda belə”, - deyə Lekler yazıb.
Formula 1 çempionatının hazırkı mövsümü koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Even virtually ? pic.twitter.com/sIsTDi15ek
— Charles Leclerc (@Charles_Leclerc) April 14, 2020