"Formula 1" bu il baş tutmasa Azərbaycan maddi zərər görməyəcək.
Offsideplus.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov “Motorsport” nəşrinə açıqlamasında hazırkı vəziyyətin fors-major hal olduğunu deyib: “Bu, bizim nəzarətimizdən kənar məsələdir. Yalnız yerli deyil, bütün dünya üçün fors-major haldır. Müqavilədə bu cür durumlar nəzərə alınır. Yarış baş tutmasa, hökumətimiz pul itirməyəcək. “Düşünürəm ki, yarışın Bakıda baş tutmaması “Formula 1” üçün böyük gəlir itkisi olacaq. “Formula 1”in keçirilməməsi bizdən asılı olmayacaq. Yarışı hazırkı vəziyyətdə tanıtmağımız belə qanunsuzdur”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi. "Formula 1" rəhbərliyi koronavirus pandemiyası səbəbindən daha əvvəl Qran-prilərdən ikisini ləğv edib, beşini isə təxirə salıb.