Bakıda keçiriləcək 2020-ci il "Formula-1" yarışlarının Azərbaycan Qran Prisi  təxirə salınıb. 

Offsideplus.az xəbər verir ki, bu haqda məlumatı FİA-nın rəsmi saytı yayıb. 

Xəbərdə Bakı Şəhər Halqası və Azərbaycan hökümətinin razılığını ilə yarışın təxirə salındığı bildirilib.

Qeyd edək ki, daha öncə Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Almaniya, İspaniya və Monako Qran Priləri təxirə salınıb.