"Formula 1" üzrə 2020-ci il mövsümü üçün mərhələlərin dəqiq cədvəli dərc olunub.
Offsideplus.az xəbər verir ki, 5 - 7 iyunda keçiriləcək Azərbaycan Qran-prisinin sərbəst yürüşlərdən ikisi ilk yarış gününə (13:00 - 14:30 və 17:00 - 18:30), sonuncusu isə 6 iyuna (14:00 - 15:00) təsadüf edəcək. İkinci yarış günündə həm də təsnifat yürüşü (17:00 - 18:00) keçiriləcək. 7 iyun saat 16:10-da yarışa start veriləcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi ardıcıl 5-ci ildir ki, təşkil olunur. 2023-cü ilədək Formula 1 yarışının Azərbaycanda keçiriləcəyi barədə müqavilə imzalanıb.