"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başladı.
Offsideplus.az xəbər verir ki, Bakı Şahar Halqası əməliyyat Sirkəti (BŞH) “5 dekabr - Beynəlxalq Könüllülər Günü” munasibətilə xüsusi tədbir keçirərək yeni "Formula 1" mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə başlayıb.
2020-ci il Azərbaycan Qran-prisi üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi
qeydiyyatdan keçə bilərlər.
Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marsal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatlan və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.
Bir qayda olaraq, Əməliyyat Şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Bunda əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir. Proqram haqqında daha ətraflı məlumatı 0124041383 nömrəsi ilə əlaqə saxlamaq olar. Könüllülük proqramına dair yenilikləri https://www.facebook.com/BakuVolunteers/ və https://www.instagram.com/bakucitycircuit/ səhifələrindən də izləmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçiriləcək.