Bu gün İspaniyanın Bilbao şəhərində Avropa Liqasının 2024/25 mövsümünün finalı keçirilib.

Offsideplus.az xəbər verir ki, həlledici qarşılaşmada İngiltərənin 2 təmsilçisi - "Tottenhem" və "Mançester Yunayted" üz-üzə gəlib.

Adıçəkilən komandalar bu mövsüm İngiltərə Premyer Liqasında rüsvayçı nəticə göstəriblər. "Mançester Yunayted" sona 1 tur qalmış 16-cı, "Tottenhem" isə 17-ci pillədə qərarlaşıb.

Buna görə bu qarşılaşmanı bir finaldan daha böyük adlandırmaq olardı. Çünki Avropa Liqası finalında qələbə növbəti mövsüm qitəmiqyaslı yarışlarda iştirak etmək üçün yeganə şans idi.

"Tottenhem" bir kuryoz qolla Avropa Liqasında qalib gələrək avtomatik olaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Avropa Liqası, final

23:00 "Tottenhem" - "Mançester Yunayted" 1:0

Brennan Conson 42

"San Mames" stadionu, Bilbao, İspaniya