"Fənərbağça" - "Reyncers" oyununda qonaqların qapıçısı Cek Batlend Robin Propperlə toqquşub.

Offsideplus.az xəbər verir ki, Propper təxminən 4 dəqiqə yerdə qalıb. 23-cü dəqiqədən 27-ci dəqiqəyə qədər futbolçuya tibbi müdaxilə göstərilib.

O, ayağa qalxa bilsə də, oyunu davam etdirməyi bacarmayıb və 28-ci dəqiqədə Leon Baloqun ilə əvəzlənib.