"Qalatasaray" Avropa Liqası üçün sifariş ərizəsinə son əlavələrini edib.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un yeni transferi Mario Lemina siyahıdan kənar qalıb.
Yeni transferlərdən Karlos Kuesta və Alvaro Morata sifariş olunan oyunçular arasına daxil edilib.
Qeyd edək ki, liqa mərhələsini uğurla başa vuran "sarı-qırmızılar" fevralın 14-də səfərdə "AZ Alkmaar" ilə qarşılaşacaq.