Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində sonuncu - VIII turunda son görüşlər keçiriləcək . 

Offsideplus.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" cari mövsüm Avropa Liqasında bu gecə son matçına çıxacaq. "Köhlən Atlar" Yunanıstan təmsilçisi "Olimpiakos"la qarşılaşacaq. Matç "Karaiskakis" stadionunda baş tutacaq.

Qeyd edək ki, "Qarabağ" bu mövsüm Avropa Liqasında keçiridiyi 7 görüşdə 1 dəfə qalib gələ bilib. Bununla da, təmsilçimiz 3 xalla 34-cü pillədə qərarlaşıb və pley-offa yüksələ bilməyəcəyi təsdiqlənib.

UEFA Avropa Liqası

Liqa mərhələsi, VIII tur

30 yanvar

00:00. "Olimpiakos" (Yunanıstan) – "Qarabağ"

Hakimlər: Radu Petresku, Radu Cinqulaç, Mirça Mixail Qriqoriu, Marsel Birsan (hamısı Rumıniya).

Hakim-inspektor: Gediminas Mazeyka (Litva).

UEFA nümayəndəsi: Mario Duran (Bosniya və Herseqovina).

Pirey. "Karaiskakis" stadionu