Avropa Liqasının əsas mərhələsinin VI turunda "Qarabağ" "Elfsborq"un qonağı olacaq.
Offsideplus.az xəbər verir ki, UEFA qarşılaşmanın təyinatları açıqlayıb.
Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmada əsas söz sahibi Antonio Nobre olacaq. Ona Pedro Riberio və Nelson Pereira köməklik edəcək.
Məsələnin maraqlı tərəfi budur ki, oyunun 4-cü və VAR hakiminin adları açıqlanmayıb. VAR hakiminin köməkçisi Andre Narkiso olacaq.
Qurum rəsmi saytında bu təyinatların olmaması maraqlı məqamdır.