“Qarabağ”ın futbolçusu Toral Bayramovun dünən “Budo Qlimt”ə vurduğu qol turun “ən gözəl qolu” adına namizəddir.
Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi saytında Toralın qolunu Avropa Liqasının son turunda digər üç qolla birlikdə səsverməyə təqdim ediblər.
Azarkeşlərə ümumilikdə dörd seçim təqdim edilir.
Toral Bayramov (Qarabağ)
Yunus Akgün (Qalatasaray)
Omar Marmouş (Ayntraxt)
Erik Markus (Ludoqorets)