"Qalatasaray" UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində "Tottenhem" komandası ilə qarşılaşacağı matçın hazırlıqlarını davam etdirib.
Offsideplus.az xəbər verir ki, Osimhen komanda ilə məşq etməyib. Onun İngiltərə təmsilçisi ilə oyunda iştirak etməsi sual altındadır. Zədəli olması səbəbindən təcrübəli forvard fərdi məşqlər edir.
Qeyd edək ki, "Qalatasaray" "Tottenhem" matçı noyabrın 7-də baş tutacaq.