Avropa Liqasının Liqa mərhələsinin I turunda "Tottenhem" "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, məşhur media qurumu olan "BBC News" görüş haqda reportaj hazırlayıb.
Həmin məqaləni təqdim edirik:
"Qarabağ" üzərində qələbə qazanmağı bacarıb. "Tottenhem Hotspur" stadionunda keçirilən matç tıxac səbəbindən 35 dəqiqə gec başlayıb. Qarşılaşmanın 7-ci dəqiqəsində Juninyoya qarşı kobud oyuna görə Radu Drequşin meydandan qovulub. Buna baxmayaraq, 5 dəqiqə sonra "Qarabağ"ın futbolçularının müdafiədə diqqətsiz oyunu ilk qolun vurulması ilə nəticələnib. Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson fərqlənib. 53-cü dəqiqədə Pap Matar Sarr hesabı iki topa çatdırıb.
Qarşılaşmanın 58-ci dəqiqəsində Azərbaycan Premyer Liqasının qalibi hesab fərqini azalda bilərdi. Bissouma Elvin Cəfərquliyevə qarşı kobud oynadı. Hakim penalti təyin etdi. Lakin Toral Bayramov zərbəni dəqiq yerinə yetirə bilmədi.
Buna baxmayaraq, "Qarabağ" ardıcıl hücumlar etdi. Vikario əla sevgilərlə komandasına kömək olurdu. "Qarabağ"ın belə fəal olmasına baxmayaraq, Angenin oyuna müdaxiləsi sayəsində matçın sonu fərqli oldu.
Görüşün 69-cu dəqiqəsində meydan sahiblərinin heyətində Dominik Solanke növbəti dəfə fərqləndi. Bununla da meydan sahibləri qarşılaşmanı qələbə ilə başa vurdu".