Futbol üzrə Avropa Liqasının qrup mərhələsində II turun ilk oyunu keçirilib.

Offsideplus.az-ın məlumatına görə, Qazaxıstan Astanası Fransanın Rennes-i qəbul edib. "Astana Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları Baktiyor Zaynutdinov 64-cü, Marin Tomasov isə 90+1-ci dəqiqədə vurub.

Qalib komandada Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda 63-cü dəqiqəyədək meydanda olub. Qarabağ-ın daha bir sabiq futbolçusu Pedro Enrike isə sonadək meydanda olub. O, 89-cu dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində xallarını 4-ə çatdıran Astana K qrupunda liderliyə yüksəlib. 3 xalı olan Rennes isə 2-ci pilləyə enib. Qrupun digər oyununda xalsız Jablonets Çexiyada 1 xala malik Ukraynanın Dinamo (Kiyev) komandasını qəbul edəcək. (report)