Avropa Liqasının əsas mərhələsinin I turunda keçiriləcək "Tottenhem" - "Qarabağ" matçının hakimləri bəlli olub. 

Offsideplus.az verir ki, qarşılaşmanı Fransadan olan Villi Delajo idarə edəcək. Məlumatı UEFA-nın rəsmi saytı yayıb. 

Referiyə yan xətt hakimləri Ervan Finjan və Filipp Jan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək.

Var hakimi Benua Miyo, onun köməkçisi isə Alan Kicas olacaq.

Qeyd edək ki, sentyabrın 26-da “Tottenhem Hotspur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.