Avropa Liqasının I təsnifat mərhələsidə keçiriləcək "Şerif" - "Zirə" oyunundan əvvəl meydan sahibi komandanın baş məşqçisi Yuri Qura mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, mütəxəssis qələbə üçün əllərindən gələni edəcəklərini deyib:

"Bizi ciddi sınaq gözləyir. Psixoloji cəhətdən hazır olmalıyıq. Qələbə üçün əlimizdən gələni edəcəyik. Həyacanlıyıq, ümid edirəm ki, yaxşı nəticə qazanacağıq. Bu mənim baş məşqçi kimi ilk avrokubok qarşılaşmamdır".

Komandalar arasında ilk oyun Moldovada baş tutacaq. Qarşılaşmanın start fiti 21:00-da səslənəcək. Cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.