UEFA Avropa Liqasının sosial şəbəkə səhifəsində gecənin nəticələri ilə bağlı paylaşım "Qarabağ"ın qələbəsinə göstərilən xüsusi diqqəti ilə digərlərindən fərqlənib.

Offsideplus.az xəbər verir ki, pley-off üzrə ilk turda "Qarabağ" "Braqa"nı 4:2 hesabı ilə məğlub edib.

UEFA-nın "X" platforması üzrə paylaşımında "Benfika", "Milan" kimi komandaların nəticələri yer alsa da, əsas diqqət Ağdam təmsilçisinə verilib:

"NƏTİCƏLƏR

"Qarabağ" yaddaqalan zəfərə imza atdı. "Benfika" və "Milan"dan ev qələbəsi".