"Qarabağ"ın "Bayer"ə  0:1 məğlub olması və "Molde"nin "Hakken"ə 3:1 qalib gəlməsinin ardından Avropa Liqasının H qrupunda vəziyyət gərginləşib. 

Offsideplus.az xəbər verir ki, dünən Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyundan sonra xallarının sayını 12-yə çatdıran “Bayer” növbəti mərhələyə vəsiqəni təmin edib. "Qarabağ" isə "Molde" ilə yanaşı 6 xal yığsa da, qol fərqinə görə 3-cü yerdədir. H qrupundakı xal durumunu təqdim edirik:

H qrupu

1. "Bayer" - 12 xal 

2. "Qarabağ" - 6 xal

3.. "Molde" - 6 xal

4. "Hakken" - 0 xal

Avropa Liqasında qrupun aşağıdakı oyunları qalıb.

30 noyabr
00:00 "Hakken" - "Bayer"
00:00 "Molde" - "Qarabağ"

14 dekabr
21:45 "Qarabağ" - "Hakken"
00:00 "Bayer" - "Molde"

"Qarabağ" necə qrupdan çıxa bilər? 

"Qarabağ" komandası qrupdakı son iki oyununda qələbə qazansa, qrup ikincisi olaraq qrupdan çıxa bilər. 

Ağdam təmsilçisi "Molde"ni səfərdə məğlub etsə və "Molde" son turda "Bayer"ə qarşı oyunda xal itirsə, "Qarabağ" qrupdan çıxacaq. 

"Qarabağ"ın "Molde"yə məğlub olması halında, 3 xallıq fərq yaranacaq ki, son turda "Molde" "Bayer"ə uduzsa, komanda qrupdan çıxa bilər. 

Qeyd edək ki, Avropa Liqasında qrup üçüncüsü, Konfrans Liqasına gedəcək.

Günay Xəlil