"Sabah bizi maraqlı və ciddi oyun gözləyir. Rəqibin kimliyindən danışmağa ehtiyac görmürəm. Əsas olan bizim rəqibə necə reaksiya göstərməyimizdir. Bunu ən yaxşı şəkildə etməyə çalışacağıq".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Bayer"lə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, Leverkuzen təmsilçisini ötən mövsüm qarşılaşdıqları Almaniyanın digər komandası “Frayburq”la müqayisə edib: “Almaniya klubları taktiki savadları və intizamları ilə seçiliblər. Düşünürəm ki, bəzi məsələlərdə “Bayer” “Frayburq”dan da üstündür. Bu tip rəqiblərə qarşı daha kompakt oynayaraq nəticə qazanmaq olar”.