UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"ı qəbul edəcək "Bayer" (Almaniya) Ağdam klubunun azarkeşləri üçün 1200 yer ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Qarabağ" açıqlama yayıb. Biletlərin qiymətinin 15 avro olacağı bildirilib.
"Qarabağ" azarkeşləri üçün ayrılmış biletlər oyun günü - oktyabrın 26-da yerli vaxtla 18:00-dan "BayArena” stadionunda SG1 və SG3 sektorlarının qarşısında satılacaq.
Xatırladaq ki, oktyabrın 26-da keçiriləcək "Bayer" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.