"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov komandasının  UEFA Avropa Liqasının H qrupundakı rəqiblərini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, "köhlən atlar"ın çalışdırıcısı belə danışıb:

"İddialı və maraqlı qrupa düşmüşük. Təsnifat mərhələlərində qarşılaşdığımız komandalar da təhlükəli idi. Qrup mərhələsinə qədər gəlməyimiz heç də asan deyildi. Qrupda asan rəqiblər olmur. "Bayer" top "5-lik" ölkəsinin komandasıdır. "Molde" və "Haken" də avrokubok təcrübəsinə malik klublardır və iddialıdırlar. Rəqiblərlə yaxın günlərdə daha yaxından tanış olacağıq. İstənilən halda, şanslarımızdan düzgün istifadə edəcəyik. Yaxşı nəticələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik. Bir sözlə, qarşıda bizi maraqlı oyunlar gözləyir".