Stefano Pioli "Milan"da keçirdiyi uğurlu beş illik karyerasını başa vurduqdan sonra Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna rəhbərlik etməyə başlayıb.

Offsideplus.az xəbər verir ki, Kristiano Ronaldonun da çıxış etdiyi komanda, liqada uğursuz başlanğıcın ardından Luis Kastro ilə yollarını ayıraraq Piolini yeni baş məşqçi təyin edib.

"Latsio", "İnter" və "Fiorentina" kimi tanınmış komandaları çalışdıran 58 yaşlı mütəxəssis, 2021-22 mövsümündə "Milan"la A Seriya çempionluğunu qazanmışdı.

Pioli "Əl-Nəsr"lə 3 illik müqavilə imzalayıb.