"Roma" klubunda yeni baş məşqçi təyinatı baş tutub.
Offsideplus.az xəbər verir ki, İvan Yuriç komandanın baş məşqçisi təyin olunub. Müqavilənin müddəti 1 illikdir.
Xorvat mütəxəssis komanda ilə Çempionlar Liqasına vəsiqə qazana bilsə, müqavilənin daha bir illik uzadılacaq.
Qeyd edək ki, Yuriçin son klubu "Torino" olub (2021-2024).