Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın potensial rəqiblərinin adına aydınlıq gələcək.
Qeyd edək ki, pley-off mərhələsinin görüşləri 24-31 avqustda keçiriləcək.
Avropa Liqası, pley-off mərhələsi
1-ci qrup
LASK (Avstriya)
"Ayaks" (Niderland)
"Aberdin" (Şotlandiya)
"Çukariçki" (Serbiya)
"Zorya" (Luqansk, Ukrayna)
"Union" (Belçika)
2-ci qrup
"Rakuv" (Polşa) / "Aris" (Limasol, Kipr) cütünün məğlubu
"Slovan" (Slovakiya) / "Makkabi" (Hayfa, İsrail) cütünün məğlubu
AEK (Yunanıstan) / "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün məğlubu
"Olimpiya" (Sloveniya) / "Qalatasaray" (Türkiyə) cütünün məğlubu
"Kopenhagen" (Danimarka) / "Sparta" (Praqa, Çexiya) cütünün məğlubu
"Klaksvik" (Farer adaları) - "Molde" (Norveç) cütünün məğlubu
3-cü qrup
"Qarabağ" (Azərbaycan) / HİK (Finlandiya) cütünün qalibi
"Jalgiris" (Litva) / "Haken" (İsveç) cütünün qalibi
"Jrinski" (Bosniya və Herseqovina) / "Breydablik" (İslandiya) cütünün qalibi
"Astana" (Qazaxıstan) / "Ludoqorets" (Bolqarıstan) cütünün qalibi
"Şerif" (Moldova) / BATE (Belarus) cütünün qalibi
4-cü qrup
"Luqano" (İsveçrə)
"Slaviya" (Praqa, Çexiya) - "Dnepr-1" (Ukrayna) cütünün qalibi
"Olimpiakos" (Yunanıstan) / "Genk" (Belçika) cütünün qalibi