Bu gün 2022-23 mövsümü üzrə UEFA Avropa Liqasının qalibi bəlli olub.
Offsideplus.az xəbər verir ki, həlledici matçda İspaniya “Sevilya”sı İtaliya “Roma”sı ilə üz-üə gəlib. Oyunun əsas vaxtı 1:1 hesabıyla yekunlaşıb. Bundan sonra qarşılaşmada əlavə vaxt oynanılıb. Burada da qalib müəyyənləşməyincə, penaltilər seriyasına müraciət olunub.
"Lotereya"da daha dəqiq olan ispanlar tarixində 7-ci dəfə Avropa Liqasını qazanıb - 4:1.
UEFA Avropa Liqası, final
31 may