UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada İspaniyanın “Sevilya” klubunun yarımmüdafiəçisi Erik Lamela layiq görülüb.
Argentinalı futbolçu evdə İtaliyanın “Yuventus” komandasına 2:1 hesabı ilə qalib gəldikləri matçda həm qol vurub, həm də məhsuldar ötürmə ilə yadda qalıb.