Bu gün UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Roma" Almaniyada Leverkuzen "Bayer"inin qonağı olub. Komandalar arasındakı ilk görüşdə italyanlar qələbə qazanmışdı - 1:0. Cavab matçı 0:0 hesablı heç-heçə ilə yekunlaşdığından, "Roma" finala yüksəlib.

Gecənin digər oyunu İspaniyada reallaşıb. "Sevilya" burada "Yuventus"un müqavimətini qırmağa çalışı. Komandalar arasındakı ilk matçda olduğu kimi, cavab oyununda da 1:1 hesablı heç-heçə qeydə alınıb. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb və Sevilya 2:1 hesablı qələbə qazanmaqla finala adını yazdırıb.

UEFA Avropa Liqası, yarımfinalın cavab oyunları
18 may