Bu gün UEFA Avropa Liqasında 1/4 finalın cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, bu gecə 4 qarşılaşma baş tutub.

İlk oyunda səfərdə "Mançester Yunayted"lə heç-heçə edən "Sevilya" cavab matçında rəqibini üç cavabsız qolla məğlub edərək, adını yarımfinala yazdırıb.

"Yuventus" Portuqaliya səfərində "Sportinq"lə bərabərə qalıb və növbəti mərhələyə yüksəlib.

"Roma" "Feyenoord"un 4:1 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.

UEFA Avropa Liqası, 1/4 final

Cavab oyunları

20 aprel (cümə axşamı)