Avropa Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bu, "Mançester Yunayted"dən Marsel Zabitser seçilib.
O, "Yunion"dan Viktor Bonifase, "Feyenord"dan Orkun Kökçü və "Yuventus"dan Federiko Qattini qabaqlayıb.
Qeyd edək ki, Marsel ötən gecə "Sevilya" ilə görüşdə (2:2) dubla imza atmışdı.