1/4 finalın ilk oyunlarından sonra UEFA Avropa Liqası və Avropa Konfrans Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, AL-də namizədlər arasında Viktor Bonifase ("Yunion"), Marsel Zabitser ("Mançester Yunayted"), Orkun Kökçü ("Feyenord") və Federiko Qattinin ("Yuventus") adları var.
Konfrans Liqasında isə "Nitsa"dan Terem Moffi, "Bazel"dən Zeki Amduni, "Gent"dən Alessio Kastro-Montes və "Fiorentina"dan Nikola Milenkoviç namizəddir.