Bu gün UEFA Avropa Liqasında 1/4, yarımfinal və final mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Püşkatma mərasimində cütlüklər bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. 

UEFA Avropa Liqası
1/4 final mərhələsi

"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)

"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)

"Bayer" (Almaniya) - "Union" (Belçika)

"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)

Yarımfinal: 

"Yuventus" - "Sportinq" // "Mançester Yunayted" - "Sevilya" 

"Feyenoord" - "Roma" // "Bayer" - "Union"