Bu gün UEFA Avropa Liqasında 1/4, yarımfinal və final mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürüb.
Püşkatma mərasimində cütlüklər bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək.
UEFA Avropa Liqası
1/4 final mərhələsi
"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)
Yarımfinal:
"Yuventus" - "Sportinq" // "Mançester Yunayted" - "Sevilya"
"Feyenoord" - "Roma" // "Bayer" - "Union"