"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda "Frayburq"la (Almaniya) keçirəcəkləri matç barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, oyundan əvvəl təşkil olunan mətbuat konffransında deyib:

"Sabahkı oyunun mahiyyətini dərk edirik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Sabah yaxşı mübarizə aparmaq və azarkeşləri sevindirmək istəyirik".

Qeyd edək ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.