Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V turun görüşləri oynanılıb.

Offsideplus.az xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Ağdamlılar səfərdə Fransa "Nant"ına uduzub - 1:2. Qrupun digər matçında "Frayburq" "Olimpiakos"la heç-heçə edib - 1:1.

Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda Fransa "Renn"ini qəbul edib. 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Türkiyənin digər təmsilçisi "Trabzonspor" Serbiyada "Srvena Zvezda"ya uduzub.

26 oktyabr

UEFA Avropa Liqası, qrup mərhələsi, V tur