UEFA Avropa Liqasında 4-cü turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.
Offsideplus.az xəbər verir ki, bu, "Braqa"nın (Portuqaliya) hücumçusu Vitor Olivyeradır. 22 yaşlı forvard “Omoniya”dan Uzoho, PSV-dən Veerman və “Ştrum”dan Bovinqi qabaqlayıb.
Qeyd edək ki, Vitor Belçikada "Union"la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 15, 36, 41-ci dəqiqələrdə qollar vurmaqla ümumilikdə 26 dəqiqəyə het-trik edib.