Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, G qrupunda yer alan "Qarabağ" Bakıda "Olimpiakos"u qəbul edib. Görüş qolsuz başa çatıb. Qrupun digər matçında lider "Frayburq" Fransada "Nant"ı darmadağın edib - 4:0.

Türkiyə təmsilçilərindən "Fənərbağça" Kiprdə AEK (Larnaka) ilə üz-üzə gəlib. İstanbul təmsilçisi bu matçda qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni təmin edib.

London "Arsenal"ı Norveçdə "Budyo-Qlimt"i məğlub edib.

 13 oktyabr

UEFA Avropa Liqası, qrup mərhələsi, IV tur