UEFA Avropa Liqasının qrup mərhələsinin IV turu üzrə "Olimpiakos"a qarşı oyundan öncə "Qarabağ"ın futbolçusu Ramil Şeydayev mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, Ramil rəqibin revanş matçına çıxdığını diqqətə çatdırıb:
"Nəticənin bizim xeyrimizə olacağını ümid edirəm. Çətin olacaq, onların revanş almaq istədiyini bilirik. Bu oyuna daha ciddi və məsuliyyətli yanaşırıq. Hər kəsi bu oyunda gözləyirik".
Şeydayev ilk oyunda "Olimpiakos"a qarşı fərqləndikdən sonra tribunalara qaçıb qolu qeyd etməsindən söz açdı:
"Sadəcə sevindim. Sanki bilərəkdən etdiyimi yazmışdılar, lakin bu qol sevincim idi".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də baş tutacaq.