Avqustun 2-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılacaq.

Offsideplus.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi məlum olacaq.

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində “Ferensvaroş”la qarşılaşacaq Ağdam təmsilçisi mübarizəni dayandırsa , yoluna Avropa Liqasında davam edəcək. Püşkdə yer alan komandalar 4 qrupa ayrılacaq.

1-ci qrupda yarışa birbaşa Avropa Liqasının pley-offundan başlayanlar, 2-ci də Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin məğlubları yer alıb. Avropa Liqasının 3-cü təsnifat mərhələsinin Çempionlar yolunun güclüləri 3-cü, Liqa yolunun qalibləri isə 4-cü qrupda olacaq.

Püşkatma 4 hissədən ibarət olacaq. 4-cü qrupun 2 komandası 1-ci qrup iştirakçıları ilə düşəcək. 1-ci qrupun digər 5 klubu 3-cü qrupdan öz rəqibini gözləyəcək.

“Qarabağ”ın yer aldığı qrupun cütləri bir-biri ilə düşə bilər.  Belə ki, Qurban Qurbanovun komandası “Ferensvaroş”la matçda məğlub olsa, Çempionlar Liqasında eyni ssenari ilə qarşılaşan rəqiblə düşə bilər. Buradakı mümkün 5 cütdən biri – “Srvena Zvezda – “Pünik”  görüşünün zəif tərəfi təmsilçimizə rəqib ola bilməz. Azərbaycan klubunu burada 4 cüt gözləyir.

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

1-ci qrup
“Gent” (Belçika)
“Austriya” (Avstriya)
“Harts” (Şotlandiya)
“Omoniya” (Kipr)
“Sivasspor” (Türkiyə)
“Dnepr-1” (Ukrayna)
“Silkeborq” (Danimarka)

2-ci qrup
“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Xorvatiya) cütünün məğlubu
“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütünün məğlubu
“Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün məğlubu
“Ferensvaroş” (Macarıstan) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu
“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) cütünün məğlubu
“Bodo Qlimt” (Norveç) – “Jalgiris” (Litva) cütünün məğlubu

3-cü qrup
“Malmö” (İsveç) – “Düdelanj” (Lüksemburq) cütünün qalibi
“Şemrok Rovers” (İrlandiya) – “Şkupi” (Şimali Makedoniya) cütünün qalibi
“Linfild” (Şimali İrlandiya) – “Sürix” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi
“Maribor” (Sloveniya) – HİK (Finlandiya) cütünün qalibi

4-cü qrup
AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi
“Fənərbaxça” (Türkiyə) – “Slovaçko” (Slovakiya) cütünün qalibi