UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, "Reyncers"dən Ceyms Tavernye, "Vest Hem"dən Deklan Rays, "Leyptsiq"dən Kristofer Nkunku və "Ayntraxt"dan (Frankfurt) Evan N Dika bu ada namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Avropa Liqasının finalında "Reyncers" "Ayntraxt"la qarşılaşacaq.