Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Offsideplus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "11-lik"də "Tottenhem", "Reyncers" və "Molde"dən hərəyə iki futbolçu yer alıb.

Qapıçı: Andreas Linde ("Molde", Norveç)

Müdafiəçilər: Aleksander Ba ("Slaviya", Praqa, Çexiya), Aleksandr Sirota ("Dinamo" Kiyev, Ukrayna), Kiran Tirni ("Arsenal", İngiltərə)

Yarımmüdafiəçilər: Rayan Kent ("Reyncers", Şotlandiya) Dele Alli ("Tottenhem", İngiltərə), Devi Klassen ("Ayaks", Niderland), Eirik Andersen ("Molde", Norveç)

Hücumçular: Jerar Moreno ("Vilyarreal", İspaniya), Alfredo Morelos ("Reyncers", Şotlandiya), Karlos Vinisius ("Tottenhem", İngiltərə)