Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşlərindən sonra həftənin ən yaxşı futbolçusunun adına namizədlər açıqlanıb.
Offsideplus.az xəbər verir ki, bu ada "Tottenhem"dən Dele Alli, "Arsenal"dan Pyer-Emerik Obameyanq, "Reyncers"indən Alfredo Morelos və "Mölde"dən Andreas Linde iddia edir.
Alli Avstriya "Volfsberq"lə matçda 1 qol və 2 qol ötürməsi ilə yadda qalıb. Obameyanq "Benfika"ya 3:2 qalib gəldikləri qarşılaşmada dubl edib.
Morelos "Antverpen”ini 5:2 hesabı ilə darmadağın etdikləri oyunda fərqlənib. Qapıçı Linde isə Almaniyada "Hoffenhaym"ı 2:0 udduqları oyunda inanılmaz qurtarışlarla yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytındakı səsvermədən sonra bəlli olacaq.