"Sivasspor"un prezidenti Mecnun Otyakmaz Avropa Liqasının qrup mərhələsində baş tutacaq "Vilyarreal"la oyundan öncə mətbuat konfransı keçirib.
Offsideplus.az xəbər verir ki, Mecnun Otyakmaz son iki matçın olduqca önəmli olduğunu açıqlayıb. "Qarabağ"la baş tutan oyunların vacibliyini qeyd edən funksioner heyətdə yaşadıqları problemlərə də toxunub:
"Qarabağ"la iki oyun bizi xilas etdi. İndi son iki qarşılaşmanı düşünməliyik. Təəssüf ki, "Vilyarreal"la görüş komandada koronavirusa yoluxma hallarının çox olduğu dövrə təsadüf etdi. Sağalan futbolçularımız var. Çətin oyun olacaq. Əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Sivasspor" - "Vilyarreal" matçı dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.