UEFA Avropa Liqasının pley-off mərhələsində "Reyncers" klubu ilə qarşılaşan "Qalatasaray" bu mövsüm ilk dəfə məğlub olub.
Offsideplus.az xəbər verir ki, dünən Şotlandiya klubu Türkiyə təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. "Reyncers" Avropa Liqasında yüksələrkən "Qalatasaray" beynəlxalq turnirdə iştirakına son verib.
"Reyncers" maçı ilə mövsümdə 6-cı oyununa çıxan "Sarı-qırmızılılar" ilk məğlubiyətini qazanıb. Belə ki, "Cimbom" daha əvəl oynadığı matçların dördündə qalib gəlmiş, birində isə bərabərlik əldə etmişdi.