Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç keçirilib.
Offsideplus.az xəbər verir ki, Rusiyanın “Lokomotiv” klubu öz meydanında Fransanın “Nitsa” klubunu qəbul edib.
İlk matçda səfərdə rəqibi 3-2 məğlub edən “Lokomotiv”, cavab matçında 1-0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu 30-cu dəqiqədə İqor Denisov vurub.
“Lokomotiv” bu qələbə sayəsində 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, dünən Rusiyanın digər təmsilçisi MOİK də mərhələ adlamışdı.