“Çelsi” klubunun fransalı futbolçusu Olivye Jiru Avropa Liqasının finalında “Arsenal”ı 4:1 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, hücumçu qələbə layiq olduqlarını bildirib:
“İlk hissə maraqlı keçdi, ancaq qol olmadı. Final matçına vəsiqə qazanmaq bir uğur idi. Fasilədən sonra daha yaxşı oynadıq və bəhrəsini gördük. Avropa Liqasını qazandığımız üçün bu komanda ilə qürur duyuram”.