UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu bəlli olub.
Offsideplus.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Çelsi"nin yarımmüdafiəçisi Pedro Rodriqes ən yaxşı seçilib. O, səsvermədə Filip Kostiç (“Ayntraxt”), Petr Şevçik (“Slaviya”) və Toni Lato (“Valensiya”) qabaqlayıb.
Qeyd edək ki, Pedro "Slaviya" ilə matçda (4:3) dubla imza atıb.