Gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində UEFA-nın ulduz səfiri qismində Azərbaycana səfərində dünya şöhrətli argentinalı futbolçu Ernan Krespo jurnalistlərə müsahibə verib. Offsideplus.az xəbər verir ki, 43 yaşlı sabiq hücumçu Bakıya ilk dəfə gəldiyini bildirib: "İlk dəfədir Azərbaycana səfər edirəm. Təəssüf ki, ölkənizi gəzmək imkanım olmadı. Növbəti dəfə gələndə çalışacağam ki, daha çox vaxtım olsun və gözəl paytaxtınız ilə yaxından tanış olum".(supersport.az)