“Oynamadığım dövrdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Joni Montiel Bolqarıstanın ÇSKA klubu (0:0) ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

İspaniyalı yarımmüdafiəçisi intizam qaydalarını pozması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: 

“Guya nizam-intizam problemlərim olduğu barədə iddialar səsləndi. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. Mən indiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq”.

Qeyd edək ki, Montiel 1-ci təsnifat mərhələsində “Vestri” ilə oyunlarda sifariş ərizəsinə salınmamışdı.